“YARAT!”-dan qısametrajlı
filmlər festivalı
“YARAT!” Müasir İncəsənət Məkanı
“Future Shorts” qısametrajlı filmlər festivalının
2013-cü ilin yaz mövsümünün açıldığını
bildirir və festivalın 10 illik yubileyini qeyd edir.
Dünyanın
ən nəhəng kino bayramında 90 ölkə, 325 şəhər,
5 qitə təmsil olunur və festival zamanı 1700 nümayiş
keçirilir.
“YARAT!” Müasir İncəsənət
Məkanından bildiriblər
ki, artıq 10 ildir dünyanın ən möhtəşəm
məkanlarında heyrətamiz
qısametrajlı filmləri
nümayiş etdirməklə
və istedadlı rejissorları dünyaya təqdim etməklə,
“Future Shorts” festivalı geniş
tamaşaçı auditoriyası
cəlb edib.
Festivalın təsisçisi və direktoru Fabyen Riqal qeyd
edib ki, layihə əvvəlcə
qısametrajlı film rejissorları
və kino həvəskarları üçün
vahid platforma yaratmaq məqsədilə
təşkil edilmişdi,
lakin mövsümdən-mövsümə
populyarlaşaraq möhtəşəm
mədəniyyət tədbirinə
çevrilib. Festivalın
2012-2013-cü il qış
mövsümü çərçivəsində
sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif
məkanlarda 25 mindən
artıq nümayiş
təşkil olunub.
“Future Shorts”un 2013-cü il yaz mövsümü
çərçivəsində - aprel-may
aylarında qüssə və kədər, sevinc
və yaşam yaddaşı, əziz xatirələrdən
uzaqlaşma hisslərini təsvir edən
6 qısametrajlı filmin nümayişi
nəzərdə tutulub. Bakıda filmlərin
nümayişi iyunun
21-də “Park Cinema”da, iyunun 22-də “Metro Park”da
reallaşacaq.
Mədəniyyət.- 2013.- 12 iyun.-
S. 4.